ResulzadeYanvar 31, 2010 16:15

seymur_heziyev(AXCP)Seymur Həziyev

Onun doğum günüdür. 31 yanvar 1884-cü ildəndi. Ideyaları özündən əvvəl gəlmişdi dünyaya. Yaratdığı quruluşa Cümhuriyyət – cəmin hürriyyəti – yəni hamının azadlığı adını vermişdi. Babəkdən, Uzun Həsəndən bir şeylər əxz elədi. Amma tarixə ilişib qalmadı, gələcəyi qurdu. Keçmişə bütün yanaşmaları gələcəyin cizgilərinə rəng qatmaq üçün olduğundandı ki, içində Respublika ideyaları olan hər kəs keçmişini onunla bağlamaq, gələcəyini onunla qurmaq istəyir. Bu gün onun gözləri qabar edən heykəlləri yoxdur. Amma ürəyində və beynində onun ideallarını daşıyan, bu ideallar uğrunda savaşan, mübariz, canlı Rəsulzadələr ordusu var.

Davamı...

ResulzadeYanvar 31, 2010 16:12

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 126 yaşı tamam olur. M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda anadan olub. 1918-1920-ci illərdə onun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratik Respublikası tarixə Şərqdə ilk demokratik cümhuriyyət kimi düşüb.

Ötən il M.Ə.Rəsulzadənin 125 illik yubileyi idi. Lakin yubiley dövlət səviyyəsində qeyd edilmədi. Amma müxalifət bu tədbiri yüksək səviyyədə keçirdi. Biz də Rəsulzadənin ad günü ərəfəsində vətəndaşlar arasında sorğu apardıq. Maraqlıdır sadə insanlar Rəsulzadəni necə tanıyır?
Vətəndaş Samir Nəcəfova görə, Rəsulzadə onun üçün ADR-in yaradıcısı və dahi bir insandır: “Düzdür bəziləri deyir ki, onun da səhvləri olub. Razıyam. Amma hər halda o dahidir”.

Davamı...

ResulzadeYanvar 31, 2010 16:09

(Böyük öndərin anadan olmasının 126 illiyinə həsr edilir)

Zaman keçir, dövr ötür, müxtəlif rejimlər, sistemlər Azərbaycanda mövcud olur və biz hər dəfə bu şəxsiyyətlə bağlı problemlərin yaşandığını müşahidə edirik. İstər çar Rusiyası dövründə, istər sovetlər birliyi zamanında, istərsə də müstəqilliyinin 19-cu ili yaşanan öz vətənində onun adı ilə bağlı narahatlıqlar mövcud olmuş və qalmaqdadır. Çar Rusiyası zamanında Məhəmməd Əmin Rəsulzadə təqib edildi (1908-1913-cü illər), həbsə alındı (1914-cü il), sovetlər birliyinin təbliğat maşını 70 ilə qədər onun əleyhinə işlədi və onu həbs də etdilər (1920-ci il). Moskvada ciddi nəzarət rejimində yaşamağa məcbur oldu (1920-1922-ci illər). Vətəni Azərbaycan müstəqil olduqdan, sovet rejimindən xilas olduqdan sonra da ona münasibət dəyişmədi, heykəli qoyulmadı, adı əbədiləşdirilmədi, tutduğu mövqeyə qısqanclıqla yanaşıldı.

XX əsrin ən böyük şəxsiyyətləri ilə əlaqə və münasibətləri oldu, birgə fəaliyyəti tarixə həkk edildi - Stalinlə, Atatürklə, marşal Pilsudski ilə, Hitlerlə müxtəlif siyasi münasibətləri, danışıqları oldu. Onu sevdilər də, dəyərləndirdilər də, bəzən qəzəblənib ölkələrindən də qovdular. Amma M.Ə.Rəsulzadə adı ilə barışmağa da məcbur oldular. Hətta münasibətlərinin çox kəskin olan bir dövründə - 1930-cu ildə onun əleyhinə xoşagəlməz ifadələr işlədən bir sovet komsomolçusuna Stalin dözməyib etiraz etmişdi. Stalin həmin şəxsə etirazını bildirib demişdi: “Səfər, tanımadığın adam haqqında heç vaxt pis danışma. Əgər bir insan bizimlə yol getmirsə, bu, o demək deyil ki, o, əclafdır”.

Davamı...

ResulzadeDekabr 23, 2008 18:00
resulzade

Rusiya tarixini oxuyanlara məlumdur ki, məşhur Pyotri-Kəbir Peterburqun binasını qoymaq istədikdə Neva çayının kənarında kol-kosluq və bataqlıq yerdə durub dedi ki, “mən buradan Qərbə pəncərə açacağam”. Sözünə əməl eləyən və dediyində sabit-qədəm olan imperator dediyini elədi və Qərbə pəncərə açaraq Peterburqu bina elədib, onun əhəmiyyəti-siyasiyyə və ticariyyəsi münasibətilə bəzi Avropa nizamını rusiyalılara göstərib öyrətdi...
Pyotri-Kəbirin bu pəncərə açması bizim hakimlərin rəyasət və pul keyfəmayəşa başlarında olub pəncərədə şöhrət gördükləri üçün və cəmaət tərəfindən özlərinə bir “etibar” qazanmaq üçün, Qərbdə işləyə bilməyib “Şərqə” pəncərə açmaq istədilər...
Istədilər də pəncərəni açmağa. Şərqin divarını yıxmağa başladılar...

Davamı...

ResulzadeDekabr 11, 2008 9:36


Məhəmməd Əmin Rəsulzadənin rəsmi internet səhifəsinin qonaq dəftərinə İntiqam adlı istifadəçinin yazdığı şeri sizlər üçün dərc etdik

Ey mənim xalqımın dahi lideri,

Səni salamlayır bu el sakini,
Sən mənim gözümdə dahi bir insan
Adını hər zaman uca tutacam.

Gəlirsən gözümün önünə indi,
Etdiyin işlərçün süvirəm səni
Səni xəyalımda canlandırıram
Cəsur, vətənpərvər bir insan kimi.

Millətin boz qurdu, xalqın atası,
Çox sağ ol bir tutdun Azərbaycanı
Tarixin hökmünə baş əymədin sən,
Sən oldun xalqıma azadlıq verən.

Davamı...

ResulzadeNoyabr 27, 2008 11:06
Türk dünyasına ışık tutan bir devlet başkanının Ankara da ki mütevazı kabrinin Anıt Mezara dönüşü.

Bilindiği gibi anıtlar veya anıt mezarlar dünyanın heryerinde olduğu gibi, taşıdığı misyonla gelecek nesillere ışık tutarken, görsellikleriyle olduğu kadar taşıdığı ruh ve anlayışla da önem kazanırlar. Cebeci Asri Mezarlıkta 55 yıldan beri mütevazı kabrinde yatan ve 20.yüzyılın başlarında Türk ve Müslüman topluluklar içinde bir ilki başararak, 28 Mayıs 1918’de Milli Demokratik Azerbaycan Cumhuriyetini kuran Mehmet Emin RESULZADE’ nin kabri,Azerbaycan Kültür Derneği tarafından, onun kurduğu milli demokratik cumhuriyetin 90. yılında bir anıt mezar olarak inşa edildi.

Davamı...

ResulzadeNoyabr 18, 2008 16:41
Bakıda dünyanın ən böyük bayraq dirəyi ucaldılır. Xas poladdan olan dirəyin hündürlüyü 162 metr, çəkisi 300 ton olacaq. Kompleksin ümumi sahəsi isə 2500 kvadratmetrə yaxındır. «Azenko» şirkətinin həyata keçirdiyi layihəyə bir neçə xarici şirkət də cəlb edilib. Tikintini aparan şirkətlərdən biri mediaya layihənin təxminən 4 milyon dollara başa gələcəyini deyib. 

Davamı...

ResulzadeNoyabr 17, 2008 16:31
MER

YOL TƏƏSSÜRATI

(xüsusi müxabirimizdən)
URMİYƏ

Urmiyə dəryasının Urmi tərəfi Gülməxanə kəndi – Urminin hal və övzaindən bir nümunə!..

Burası kiçik bir kənddir. Nə mollası var, nə kəndxudası. Hər bir cəhətdən qonçudakı böyük kəndə tabedir.

Müşti-nümuneyi-xərvari*[1] qəbilindən olaraq Gülməxanədən aldığımız zövqü, orada gördüyümüz hüsnü-qəbulu, mehmannavazlığı, əhalinin sadədil, safdərun*[2] olması ilə bərabər; bir dərəcəyədək arif olduğunu görüncə, insanın ürəyi şad oluyor. Bu mütəşəkklikdə nə qədər dilgüşa, ruhpərvər isə xərvar məsabəsində*[3] olan Urmi daha zövqəfsa olacağından insanın ürəyi haman o tərəfə pərvaz ediyor. Dəryanın o tərəfində, dəryanın üzündə İmamqulu Mirzənin paraxod adı verdiyi qan çanağında insan nə qədər əzilib, ürəyi nə qədər qısılırsa da, Gülməxanədə bir gecə qalmaq hamısını yaddan çıxarır.

Davamı...

ResulzadeNoyabr 13, 2008 15:41
apaBakı. Kəmalə Quliyeva - APA. Noyabrın 9-u Azərbaycanın üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunduğu gündür. APA-nın məlumatına görə, İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlalının ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə olunan bayraq türk bayrağına oxşar qırmızı rəngdə olub. Azərbaycanda üçrəngli dövlət bayrağı isə ilk dəfə 90 il əvvəl - 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. 
Davamı...

Mətbuatdan...Şərhlər(1)     Baxış sayı:793
ResulzadeNoyabr 13, 2008 15:35
apaBakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illik yubileyi münasibətilə 2009-cu ili “Rəsulzadə ili” elan edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərar partiya Məclisinin iclasında qəbul olunub. Yubileylə bağlı bir sıra tədbirlər həyata keçirmək nəzərdə tutulub. Bu istiqamətdə M. Ə. Rəsulzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa və elmi-praktik konfransın keçirilməsi, Bakı Dövlət Universitetinə Rəsulzadəni adının qaytarılması və Bakı şəhərində onun heykəlinin ucaldılmasına nail olmaq üçün mümkün olan addımların atılması planlaşdırılıb. 
qaynaq - apa.az


  Yazılar cəmi: 179    Sonrakı səhifə »
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog