Reklam verin!


ResulzadeMay 26, 2008 12:48

resulzade(Azərbaycanın istiqlalının elan olunmasında və milli-demokratik dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu)

Nəsiman YAQUBLU

1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli-demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli-demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdü.

Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyətini gücləndirdi. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin il noyabrın 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi.

Davamı...
Bookmark and Share
Mətbuatdan...Şərhlər(2)     Baxış sayı:129
ResulzadeMay 26, 2008 12:43
contactAnkoric meri (Amerikanın Alyaska ştatının paytaxtı) Mark Beqiç bəyannamə verərək, mayın 28-ni "Azərbaycanın milli günü" elan edib. Alyaskada Azərbaycan diasporasının nümayəndələrinin Turana verdiyi xəbərə görə, bəyannamənin mətnində deyilir ki, 28 may 1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk respublika olub, ABŞ ölkənin müstəqilliyi və ərazi bütövlüyünü 1992-ci ildə tanıyıb. 
   
Davamı...
Bookmark and Share
Mətbuatdan...Şərhlər(0)     Baxış sayı:92
ResulzadeMay 23, 2008 12:58

gunseherDiaspor təşkilatları 28 Mayı qeyd edəcəklər
Respublika Günü münasibətilə tədbirlər keçiriləcək

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının 28 May - Respublika Günü, Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirməsi nəzərdə tutulub.

   Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün ABŞ-ın Los-Anceles şəhərində “Amerikalı Azərbaycanlıları Şurası” və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” də Azərbaycan Demokratik Respublikasının 90 illiyini qeyd edir. Mayın 23-də Fransanın Strasburq şəhərindəki “Azərbaycan Evi” və Romada fəaliyyət göstərən “Nizami” Cəmiyyəti Respublika Günü münasibətilə tədbir keçirəcək.

Davamı...
Bookmark and Share
Mətbuatdan...Şərhlər(0)     Baxış sayı:87
ResulzadeMay 22, 2008 16:14
qenire pasayevaQənirə Paşayeva milli hökumətin iki məşhur simasının məzarlarını ziyarət edəcək
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı qonşu Gürcüstanda da tədbirlər keçiriləcək. Gürcüstanda yaşayan soydaşlarımız 1918-ci il mayın 28-də cümhuriyyətimizin elan olunduğu Tiflis şəhərində bir sıra tədbirlərə qatılacaqlar. Bu barədə mətbuata açıqlaması zamanı hazırda qonşu ölkədə səfərdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Millət vəkili konkret olaraq, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirə qatılacağını bildirib: Davamı...
Bookmark and Share
Mətbuatdan...Şərhlər(0)     Baxış sayı:99
ResulzadeMay 22, 2008 14:44

azadliqXaliq Bahadır: «Birinciliyi Rəsulzadəyə oğlu, partiyası yox, tarix verib» Dünən BMM-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masa “Xalq Cümhuriyyətində mətbuat azadlığı” mövzusunda oldu. Dövlət himninin oxunması ilə başlanan tədbiri giriş sözü ilə açan AXCP Gənclər komitəsinin sədri Seymur Həziyev bildirdi ki, Cümhuriyyətin doxsan illik yubileyi ilə əlaqədar rəsmi tədbirlər başlamasa da, ictimai tədbirlərə artıq start verildi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bu dövləti bu xalq üçün yaradıblar və Azərbaycan xalqının idealist kəsimi bilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bir tarixi missiya ilə onlara borc miras qoyub gediblər. Və indiki şəraitdə, repressiyaların tüğyan etdiyi, milli siyasətin olmadığı dövrdə bu cür milli məsələləri gündəmdə saxlamaq vətəndaş cəmiyyətinin, dövlətçiliyə bağlı qüvvələrin vəzifəsi olmalıdır.

Davamı...
Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:101
ResulzadeMay 22, 2008 14:15
kitab
kitab2

 


Bookmark and Share
Mətbuatdan...Şərhlər(0)     Baxış sayı:99
ResulzadeMay 22, 2008 8:14
resulzade“Milli istiqlal davası mədəni millətlər ailəsi miyanında özünə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir” (M.Ə.Rəsulzadə)
28 May İstiqlal bayramları


89 ildir ki, milli qeyrətli azərbaycanlılar 28 May İstiqlal gününü əziz bayram kimi qeyd edirlər. “Bina yanar, dağılar, fəqət millət, istiqlal fikri, milli ruh ölməz, öldürülməz”. Cümhuriyyətimizin yaradıcısı Məmməd Əmin Rəsulzadənin 90 il bundan öncə söylədiyi bu kəlamını tarix təsdiq edir. Bolşevik rus kommunistləri və onların yerli əlaltıları 23 aydan sonra milli, həqiqi demokratik Cümhuriyyətimizin varlığına son qoyub, istiqlal mücahidlərinin bir qismini cismən məhv edib, mühüm bir qismini mühacir etdilər. Lakin onlar heç zaman hürriyyət, istiqlal fikrindən ayrılmayaraq daim bu uğurda çalışıb mübarizələrini böyük və müqəddəs bir inamla davam etdirdilər. Azərbaycan mühacir mətbuatı bu barədə çox qiymətli tarixi yaddaş mənbəyidir.

Davamı...
Bookmark and Share
ResulzadeMay 5, 2008 8:20
Dünən qəzetimiz çapa hazırlanarkən belə məlumat aldıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Ağsudakı abidəsi gecə ikən oğurlanıb. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, rayon sakinləri səhər Ağsunun mərkəzindəki parka gələrkən abidənin yerində olmadığını görüblər. Qaynağın sözlərinə görə, abidənin sonrakı taleyi barədə onlara hər hansı məlumat verilməyib. Yerli sakinlər bunu ironiya ilə AXC-nin 90 illik yubileyinə “hədiyyə” kimi qəbul edir. Davamı...
Bookmark and Share
  Yazılar cəmi: 8   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog